• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 19.02.2021 19:47

Məzun olduğu məktəbə qalib ölkənin vətəndaşı kimi döndü

KepezTV Player

Məktəb xatirələri həyatımızın ən unudulmaz, ən qayğısız anlarıdır. Acısıyla, şiriniylə yada salıb hər zaman o günlərə bir an da olsa qayıtmaq istəyirik. Amma oxuduğu məktəbdən tutmuş böyüdüyü evə qədər hər şeyi əlindən alınan insanlar o günləri daha yanğıyla yada salırlar. Sıradakı videomaterialımızın qəhrəmanı Xocavəndin Edilli kəndində təhsil aldığı məktəbə yenidən ayaq basıb. İzləyək və onun xatirələrindən biz də agah olaq.

Şaiq Aslanov bir zamanlar şagird olaraq gəldiyi bu yolu yenidən keçir. Bu dəfə 29 illik bir fərqlə. Azərbaycanlı və erməni şagirdlərin bir yerdə təhsil aldığı bu məktəb indi xarabalığa çevrilib.

Şaiq Aslanov ona doğma olan bu məktəbi, bu yerlərin həsrətini yuxuda belə çəkib. Bəlkə yaşamayana asan gəlir, ancaq 30 illik yurd həsrəti heç bir sözlə ifadə oluna bilməz. Uşaqlığından, gəncliyindən qoparılmağın acısını onu yaşayanlar bilər.

Ermənilər işğal etdikləri ərazilərimizdə ancaq söküntü işləri aparıblar. İllərdən bəri bir küncü belə dəyişməyən məktəb də bunu sübut edir.

Aşotların, Montelərin və onların simasında insan cildinə bürünən bu vəhşilərin nə qonşuya, nə dosta, nə özlərinə hörməti olub. Bir vaxtlar təhsil aldıqları məktəbin zalını mal-qaraya məskən edənlərdən nə gözləyə bilərik ki?!

Edilli kəndində yeni məktəblərin tikiləcəyinə, o partaların arxasında layiq olanların oturacağına əminlik hissi ilə ayrılırıq buradan.