• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 19.02.2021 16:12

“Qarabağ müharibəsi və pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi”

KepezTV Player

“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanın itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini də ürəklərimizdə hiss etdik”. Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubda əksini tapıb. “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik” - deyə Türkiyə lideri bildirib.