• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 18.02.2021 20:13

Dağ kəndlərinin qarlı yolları

KepezTV Player

Qərb bölgəsində müşahidə olunan qarlı şaxtalı hava dağ rayonlarına gediş-gəlişi də çətinləşdirib. Gecə saatlarından etibarən yol təsərürfatı işçiləri Şəmkir-Gədəbəy yoluna səfərbər olunub.

Şəmkir rayonunda yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində, xüsusilə də Yasamal aşırımında yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib.

Gecə saatlarından aramsız yağan qar yol təsərrüfatı işçilərini hərəkətə keçirib. Baxmayaraq Şəmkir-Gədəbəy yoluna hazırda duz qarşıq qum səpilir amma qarın aramsız yağması görülən tədbirləri heçə endirir.

Qarlı şaxtalı hava daha çox sürcülüərin işini çətinləşdirib. Şəmkirdən-Gədəbəy eləcədə əks istiqamətə hərəkət edən sükan sahibləri daha diqqətli olmaq məcburiyyətindədirlər.

sürücü: Biz hardasa beş ildir yollardayıq. Yəni hələ pis deyil. Gedib-gəlirik.

sürücü: Bu cür havada bu yolda avtomobil idarə etməyə alışmışıq. Gedib-gəlirik bu yollar bizim üçün heçnədir. Yəni hər gün gedib gəldiyimiz yoldur.

Güclü qarın yağmasına baxmayaraq dağ kəndlərinin elektrik və qaz təsərrüfatlarında heç bir fəsad yaranmayıb.

sakin: Məktəbdə işləyirik məktəbdən gəlirik. Elə bir çətinliyimiz yoxdur. Yol idarəsi öz işini görür. Yollar təmizlənir.

sakin: Lazım olan havadır. Maşallah yolumuzuda qumlayırlar. İşıq və qazda var. Hər şey yaxşıdır.

Şəmkirdə yağan qarla bağlı rayon icra hakimiyyətində komissiya yaradılıb, işçi heyət, xüsusi texnika, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı hazırlanıb.

Qüdrət Əliyev Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini: Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən növbətçilik yaradılıb. Vətəndaşlar tərəfindən daxil olan müarciətlər yerində araşdırılır və dərhal tədbirlər görülür. Şəmkir-Gədəbəy yolunda xüsusi ilə də Yasamal aşırımlarında hal-hazırda avtomobillərin hərəkəti üçün heç bir maneyə yoxdur.

Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq yol polisləri sürücüləri diqqətli olmağa, hava şəraiti ilə əlaqədər olaraq Yasamal aşırımlarından maksimum az istifadə etməyi tövsiyyə edirlər.

Natiq Hüseyn