• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 18.02.2021 17:07

Türkiyəli psixoloqlar Gəncə və Bərdədə fəaliyyət göstərəcəklər

KepezTV Player

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Türkiyədən bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib. Və artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qeydiyyatdan keçən 512 vətəndaşa yardım göstərilib və onlara 990 psixoterapevtik seans həyata keçirilib. Fevralın 26-dan etibarən türkiyəli mütəxəssislərin iştirakı ilə Bakı ilə yanaşı, Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Psixoloq qəbulu ödənişsiz həyata keçirilir.