• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 17.02.2021 19:50

Gəncəyə qar yağıb

KepezTV Player

Bu gün saat 18-dən başlayaraq Gəncəyə qar yağmağa başlayıb. Milli Hidrometeorologiya Xidməti ötən günlərdən qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı barədə məlumat verib anons etmişdi. Nizami yurduna hazırkı qış fəslində qar ikinci dəfə yağır. Bu dəfə yağıntı daha çox düşdüyündən şəhər tamamilə ağ örpəyə bürünüb. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, mövcud vəziyyətə uyğun olaraq texnikalar və canlı qüvvə hazır vəziyyətə gətirilib.

Şəmkir rayonunda yağan qar nəticəsində maşınların hərəkətində xüsusən Yasamal aşırımında çətinlik yaranıb. Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti çətinləşib.