• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 17.02.2021 15:34

Xaricə hava yolu ilə gedənlərdən tələb olunan sənədlər

KepezTV Player

Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 əvvəl alınmış COVID-19 testinin neqativ nəticəsi, Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd təqdim etməlidir. Gürcüstana səfər edən şəxslər vaksinasiyanın hər iki dozanın vurulması haqqında sənəd təqdim etməlidirlər. Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə və ya konsulluqlarına müraciət etməlidir.