• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 17.02.2021 09:42

"Xristian irsimizi tanıyaq" layihəsi bu dəfə Gəncədə

KepezTV Player

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində "Aleksandr Nevski" pravoslav kilsəsinin videogörüntülərini yayımlayıb. Məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. 2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.