• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 16.02.2021 19:54

Qazın təzyiqi sakinləri soyuqda qoyub

KepezTV Player

Növbəti videomaterialımızda qazın istisinə qızınmayıb, tüstüsünə kor olanlardan danışacağıq. Söhbət Samux rayonunun Qarayeri qəsəbəsində qışın oğlan çağında sakinlərin yaşadığı çətinlikdən gedir. Təzyiqi olmayan qazdan istifadənin yaratdığı problemlərdən sujetdə tanış olacaqsınız.

Qarayeri qəsəbəsi Samux rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. İllər əvvəl digər kənd və qəsəbələr kimi bu yaşayış məntəqəsi də qazla təchiz olunub. Sakinlər iddia edir ki, qazın çəkilişi zamanı buraxılan nöqsanların indi fəsadı ilə üz-üzədirlər.  

Görünüdüyü Qarayeri qəsəbəsində qaz xəttləri bu şəkildə çəkilib. Bu isə evlərə mavi ynacağın gəlib çatmasına maneçilik yaradır. Sonda abonentlər soyuq qış aylarında qaz sarıdan əziyyət çəkirlər.

Sakinlər deyir ki, havalar azacıq soyuyan kimi qəsəbədə qaz ərşə çəkilir. 

Rövşən Ələsgərov sakin Qış başlayandan biz qazdan korluq çəkirik. Nə istilik sobamız evi isidir. Üzr istəyirəm nə hamamız qızır nə yemək qazında yemək bişirə bilirik. Şikayətimiz budur.

Qurban Abusəlimov sakin Havalar soyuyan kimi qazı özləri qəsdlə azadıllar. Təzyiq yoxdur. Gündə çıxan kimi qaza təzyiq verirlər deyirlər keff edin. Gündə qarışqalar da keff edir. Əsas soyuqda lazımdır onu da eləmirlər.

Vətəndaşlar bununla belə yandırdıqları qaza görə aylıq ödənişlərini gecikdirmədiklərini deyirlər. Evlərini normal isidə bilmədikləri üçün “Azəriqaz”ı laqeyid münasibətdə qınayırlar. Dəfələrlə edilən müraciətlərin cavabsız qaldığına görə.

Qənaət Şahhüseynov sakin Qurana and olsun 104-ə zəng etməkdən bezmişik. 104-də 10 zəngdən birini açmır. Mən Qaz İdarəsinin müdirinə neçə dəfə zəng vururam deyir bu saat həll olunacaq. Hələ də həll olunmur. Artıq yaza çıxırıq. Bu gün havalar soyuyub mənim uşaqlarım az qalır peçdə özünü yandırsın isinlər. Bizdə istilik yoxdur yaşayış yoxdur.

İbrahim Seyidov sakin Xeyr ola biz abonentik, nə mənim, nə də qonşularımın borcu yoxdur. Qardaş işlədib pulumu verirəm, bəs qazım niyə yanmır? Minutka 15-dən yuxarı qalxmır. Dəfələrlə 104-ə zəng etmişəm ki, qardaş mən məhləmdə işləyib qan tərin içərisində yaxalana bilmirəm.

Gəncə Regional Qaz İstismar İdarəsində problemdən xəbərsizdilər. İdarənin baş mühəndisi Azər Bayramov deyir ki, vəziyyətlə yerində tanış olub sakinlərin narazılığını aradan qaldıracaqlar.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Sözügedən ərazidən qış ayları başlayandan bu günə qədər şəxsən və Regional Qaz İstismar İdarəsinə orada qazın zəifliyi ilə bağlı nə rəsmi, nə də şifahi heç bir məlumat daxil olmayıb. Həmin əraziyə baxacağıq ehtiyac olduğu təqdirdə qabaqlayıcı tədbirlər görüləcək və abonentlərin normal qaz təminatı bərpa olunacaq.

Qalır verilən vədin icrasına nail olmaq və sakinlərin məmnunluğunu təmin etmək.

 

Natiq Hüseyn