• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 12.02.2021 19:54

Atası azərbaycanlı olan erməni generalın viran qalmış evi

KepezTV Player

Sapı özümüzdən olan balta. Bu atalar sözünü əslinə, nəslinə naxələf çıxan, yaxşılığa yamanlıqla cavab verən insanlar haqqında deyirik. Dağlıq Qarabağda bir vaxtla mövcud olan qondarma rejiminin atası azərbaycanlı olan keçmiş təhlükəsizlik xidmətinin rəisi Kamo Ağacanyan da bu qəbildəndir. Əməkdaşlarımız Ağacanyanın Xocavəndin Edilli kəndində yerləşən evində olublar. Onu məktəb illərindən tanıyan sakinlərimizlə görüşüblər.

Ağacanyan Kamo Akbaroviç. Atası azərbaycanlı, anası erməni olan bu şəxs Xocavəndin Edilli kəndində doğulub. Ağacanyanın erməni genlərindən aldığı xisləti hələ uşaq yaşlarından özünü göstərməyə başlayıb. Edilli ilə qonşu olan Axullu kəndinin sakini Namiq Hüseynov deyir ki, o vaxtlar kəndlərində məktəb olmadığından uşaqlar Edillidə olan beynəlmiləl məktəbdə təhsil alıblar. Elə Ağacanyan da bu məktəbin yetirməsi olub.

1988-ci ilədək sənədlərdə familyası Kərimov olan Kamo daha sonra soyadını dəyişib. Ermənilərə etdiyi qulluğu isə vəzifəylə, var-dövlətlə qiymətləndirilib.

Bu da yoluna kərpic döşənən həmin ev...

Ağacanyanın evi Edilli kəndində digər vətəndaşların evindən kifayət qədər fərqlənir. Onun orada olan bütün obyektlərin sahibi olması da “xidmət”inin mükafatı olub.

Haqqın nahaqqa qalib gəlməsinə şahidlik etmək, insanları yurd-yuvasından didərgin salanların bu gün ardına baxmadan qaçmasını görmək xoşbəxtlikdir. Zəfər ona layiq olanlarındır!

Ruhəngiz Hacızadə