“Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib ki, Türkiyədə Cənubi Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur. Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. "Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil", - deyən həkimin sözlərinə görə, Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində mutasiyaya uğramış virusun analizləri aparılır. Bu, genom analizi ilə müəyyənləşdirilir”.
- Baxış: 301