KepezTV Player
"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir. Qazi Qurban Əliyevin, şəhid Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhid Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhid Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb. “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
- Baxış: 310