• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 09.02.2021 20:01

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb

KepezTV Player

İkitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoqu özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair məsələlər haqda Xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton ilə görüşündə danışılıb. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Vendi Morton Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

Britaniyalı dövlət nazirinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə isə iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.