• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1479
— 08.02.2021 09:51

V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunub

KepezTV Player

Bu gün V-IX siniflərdə sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi tədris qismən bərpa olunub.

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində həftədə 5 dəfə olmaqla tədrisə başlanılıb. Digər məktəblərdə isə həftədə 3 dəfə olmaqla dərslər keçiriləcək.