• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 07.02.2021 19:36

Quşqara kəndinin qazsız sakinləri

KepezTV Player

7 il əvvəl təbii qazın verilməsinə sevinənlər sırasında Göygölün Quşqara kəndinin sakinləri də olub. Ancaq bu sevincdən cəmi 30-40 ailəyə pay düşüb. 70 ailənin qazsız günləri isə davam edir. Əməkdaşımız Natiq Hüseyn qazsızlığın səbəbini araşdırıb.

Görüntülər ucqar dağ kəndindən deyil, Gəncə-Şəmkir yolunun kənarında yerləşən Quşqara kəndindəndir. Sakinlər illərdir soyuq qış aylarında odun yancağı ilə qızınırlar.

İlham Aslanov - sakin: Bütün meyvə ağaclarını kəsib yandırmışıq. Basdırmışıq meyvə yığaq. Amma biz üşüdüyümüzdən meyvə ağaclarını kəsirik. Özü də kəndimiz Gəncənin yanındadır. Magistarlın düz kənarındadır. Hər tərəfimiz qaz bir dənə bizim təzə massivdə yoxdur.

Adil Quliyev - sakin: Anamın 95 yaşı var. Anam xəstə mən xəstə evdə qaz olmayandan sonra biz necə dolanaq. Böyürümzdə 500 metr aralıda qaz yanır. Gör neçə ildi hər yerə müraciət etmişik. Elə deyirlər bu il çəkiləcək. Ancaq heç nə görmürük.

Sakinlər qonşu kəndlərdə yaşayan qohum-qonşuya qonaq gedəndə yanan qaza həsrətlə baxırlar. Tezliklə evlərində mavi yanacağın olacağına ümidlənirlər. Amma deyəsən bu ümidlər də tükənib.

Məhəbbət Mürsəlova - sakin: Hissdə pasda çox əziyyət çəkirik. Dəfələrlə şikayətdə də olmuşuq. Hara getmişik bizim işimizə baxan yoxdur. Biz o yerə gəldik axırda bu yola əl atdıq.

Quşqara kəndnin sakinlərini əsas narahat edən isə 7 il əvvəl kəndin yarımçıq qazlaşdırılmasıdır. Sakinlər idddia edir ki, rəsmi sənədlərdə kənddəki bütün evlərin mavi ynacaqla təchiz olunduğu göstərilsə də bu həqiqəti əks etdirmir.

Bu ərazi Göygöl rayonunun mərkəzi küçələrindən biridir. Gördüyünz kimi kənddə bu küçənin yarısına qədər qaz xətti çəkilib. Hazırda evlərin bəzilərində qaz cihazlarından istifadə də olunur. Ancaq küçənin baş hissəsində yarıdan çoxunda qaz yoxdur. Bu isə sakinlərin narazılığına səbəb olur.

Ehtiram Məmmədov - sakin: Bu küçə qazlaşdırılan zaman bizdəndə imza toplanıldı. Dedilər küçənin hamısı qazlaşacaq. Çəkiliş yarıda dayandırıldı. Sonra dedilər dövlətin ayırdığı vəsait bura kimi idi. Biz işimizi tamamladıq. Yerdə qalan boruları apardılar.

Elnur İsmayılov - sakin: Bizə deyildi ya öz vəsaitiniz hesabına çəkin. Burada da hamısı gənc ailələrdir. Heç kəsin ona maddi imkanı çatmır. Gəncə Regional Qaz İstismar İdarəsi dedi ki, 22 min manat pul verin qazlaşdırılsın.

Quşqara kənd icra nümayəndəsi Qubar Əliyev də sakinlərlə həmfikirdir. Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı dəfələrlə “Azəriqaz”a müraciət olunsa da müsbət nəticə yoxdur.

Qubar Əliyev - Quşqara kənd icra nümayəndəsi: Mən icra hakimiyyətinə də məlumat vermişəm. İcra hakimiyyətindən rəsmi məktub yazılıb “Azəriqaz”a göndərilib. Hələ cavab gəlməyib.

Gəncə Regional Qaz İstismar idarəsindən isə deyirlər ki, kəndin tam qazlaşdırılması dövlət proqramına salınıb. Sakinlər ya dövlət proqramının icrasını gözləməli, ya da şəxsi vəsaistləri hesabına evlərinə qaz çəkdirməlidirlər.

Azər Bayramov - Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Mövcud qanunvericiləyə uyğun olaraq həmin vəsait qazlaşdırma üçün ayrıldıqdan sonra ərazinin dövlət hesabına qazlaşacaq. Vətəndaş öz mənzilini qazlaşdırmaq istəyirsə yerli Asan Xidmətlərə müraciət edib texniki şərt alır və texniki şərtin əsasındada podaratçı təşkilatlarla müqavilə bağlayaraq vəsaiti müvafiq bank hesablarına köçürdükdən sonra işlər başlanılır.

Qazdan şikayətçi olan Quşqaralılar isə Gəncə Regional Qaz İstismar İdarəsindən verilən bu açıqlama ilə razı deyillər. Vəsaitləri olsaydı bu günə kimi evlərinə qaz xəttinin çəkildiyini deyirlər. Eləcə də daha 7 ildir proqramın icrasını gözləyə bilmirlər. Biz məsələni ictimailəşdirdik, gerisi cavadeh şəxslərin işidir.

 

Natiq Hüseyn