• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 01.02.2021 19:03

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarında da 2021-ci tədis ilinə start verilib. Yeni tədris ilinin ilk həftəsi ənənəvi olaraq birləşmə və hərbi hissələrdə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi və müxtəlif variantlar üzrə məşq etdirilməsi ilə başlayıb. Qarnizonun döyüş hesabatına uyğun olaraq qoşunların xəbərdar edilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.