• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 01.02.2021 16:23

Yumşaldılan qaydalar həyatı canlandırır

KepezTV Player

Artıq onlar evdə, telefon, planşet və ya noutbukla deyil, məktəbdə, sinif otağında, parta arxasında əyləşərək dərslərinə davam edirlər. Müəllimlə canlı ünsiyyət indi ibtidai siniflərdə oxuyanlar üçün əlçatan olub. Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən növbəti yumşaldılma tədbirləri kafe, restoran və çay evlərinin də fəaliyyətini bərpa etməsinə imkan yaradıb. Əməkdaşımız Gəncədə vəziyyətlə tanış olub.

Pandemiyyanın yumşaldılması ilə əlaqədar olaraq Respublikamızda bu gündən başlıyaraq ibtidai siniflər məktəbə qədəm qoyur. Gəncə şəhərində də ibtidailər sinfə girməmişdən qabaq bu qaydada ara məsafəsi gözlənməklə məktəbin həyətinə düzülür. Daha sonra isə sinfə daxil olurlar.

Şagirdlərin məktəb binasının qarşısında hərarəti ölçülür, əlləri spirtlə dezinfeksiya edilir, daha sonra şadirdlər ara məsafəsi gözlənməklə partada əyləşdirilir. Müəllimlər də eyni qaydada üstəlik üz spərindən istifadə edilməklə sinif otaqlarında dərsə başlayıblar.

Elnur Qasımov - 8 nömrəli tam orta məktəbin direktoru: 20 nəfərlik şagird varsa bu sinif iki A və B qruplarına bölünüb. İlk növbədə A qrupu gəlir, onların dərsi bitdikdən sonra ikinci növbədə B qrupunun şagirdləri dərsə gəlir və dərslərdə iştirak edir.

16 nömrəli məktəbdə 1062 ibtidai və 164 məktəbə qədər hazırlıq qrupunun şagirdi yumşaldılma tədbirlərindən sonra məktəbə qədəm qoyub. Partaların üzərinə spirt qoyulub, sinif otaqlarına maarifləndirici yazılar vurulub. Məktəbdə karantin otağı da yaradılıb.

Elnurə Yusifova - 16 nömrəli orta məktəbin direktoru: Bizim məktəbimiz dezinfeksiya olunub. Siniflərimiz, dəhlizlərimiz dezinfeksiya olunan məhlullarla təmin edilib. Dərsin başlanması ilə bağlı çalışacağıq heç bir uşağımıza zərər yetirilməsin. Həftənin 1, 3 və 5-ci günləri məktəbimizdə əayni tədris edəcəyik iki qrup şərti ilə 2, 4 və 6-cı gün isə distant təhsilimiz davam edəcək.

Vəfa Abdullayeva - ibtidai sinif müəllimi: Bu günkü gündə çox şadıq ki, tədris ilinə başladıq. İkinci yarım ildə bu gün ilk günümüzdür. Şagirdlər iki metr məsafə saxlamaqla həminki qaydada məktəbə gəldilər. Tam qaydası ilə dərsə başlamışıq xeyirli olsun.

Ümumilikdə Gəncənin 45 məktəbi üzrə 18 minə yaxın ibtidai şagird 711 sinifdə oxuyur. 3186 nəfər isə 162 sinifdə məktəbə qədər hazırlıq qruplarına cəlb edilib. Məktəblərdə bərpa olunan tədris prosesinə Təhsil İdarəsi tərəfindən nəzarət olunur.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Bir mənalı olaraq bu proeses daim nəzarətdə olacaqdır. Biz tez-tez monitorinqlər edəcəyik ki, hər hansı bir problem aşkarlanarsa onun həlli uğrunda işlərimizi görə bilək. Bizim məqsədimiz ondan ibarətdir ki, məktəblərdə hər hansı bir problem olmasın. Çünki bu bizim məzuliyyət və problemimizdir. Bu problemlərdə bizim olduğun üçün məktəblərə daim nəzarət edəcəyik.

Bu gündən fəaliyyətinə icazə verilən obyektlər sırasında kafə və restoranlar da var. Burada işlər xüsusi karantin rejimi qaydalarına uyğun həyata keçirilir. Bütün masalar dezinfeksiyaedici məhlullarla təmin edilib. Həmçinin ara məsafələrinə də riayət olunur.

Rüstəm Bağırov - restoranın baş inzibatçısı: Dezinfeksiya işləri tam yekunlaşdırılıb. Bu gün AQTA-nın nümayəndələri bizlə əlaqə saxlayıb məlumatlandırılıblar. Hətta foto şəklində bizə məlumatlar veriblər. Bütün işlər təlimatlandırılıblar, AQTA-nın sənədlərinə uyğun işləri görürlər.

Karantin qaydalarının yumşaldılması ilə çayxanalara da üz tutanların sayı artıb. Burada da pandemiya qaydalarına uyğun olaraq fəaliyyət bərpa olunub.

Tahir Cəfərov - çay evinin inzibatçısı: Dünənnən tədbirimizi görmüşük. Ərazilərimizi, obyektin içini xlorlamışıq. Stəkanları təmiz etmişik ki, bu gündən fəaliyyətə başlıyaq. Müştərilərə xidmətimizi başa salırıq ki, 2 metr ara məsafəsi saxlıyaq.

Aqşin Rzayev - sakin: Gəldik vaxtımız keçirmək üçün bir stəkan çay içib sonra işimizin dalınca gedəcəyik. Özümüz də Bakıdan gəlmişik. Gəncədə çox gözəl hava var. Özüm də Bakıda olmağıma baxmıyaraq Gəncədə anadan olmuşam.

Ölkədə xüsusi karantin rejimi aprelin 1-dək qüvvədədir.

Elnur Vahidoğlu