• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 28.01.2021 12:23

Vətən müharibəsində evi tam dağıdılmış vətəndaşlara yardımların verilməsi yekunlaşır

KepezTV Player

Vətən müharibəsində ermənilərin mülki əhaliyə vurduğu ziyanla bağlı Prezident sərəncamı ilə nəzərdə tutulan yardımın vətəndaşlara çatdırılması 98.2% yerinə yetirilib. Sənədləri itmiş və sənədlərində problemlər olan vətəndaşlar və ölkədən kənarda olanlarla bağlı məsələlər də həll olunur". Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun sözlərinə görə, əhalinin sonradan olan müraciətləri əsasında Gəncə və Tərtərdə daha 2 000-ə qədər obyektə baxış keçirilib, məlumatlar toplanıb, hesablamalar aparılır. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi artıq təmir-bərpa və tikinti işlərini aparacaq şirkətləri müəyyənləşdirib, yerlərdə ilkin hazırlıq işləri aparılır.