KepezTV Player
Yaponiya işğaldan azad olunan ərazilərdə elektroenergetika sahəsinin bərpasında iştirak etmək niyyətindədir. Bu barədə Yaponiyanın ölkəmizdəki səfiri Cu-niçi Vadan Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə bildirib.Diplomat Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ərazi bütövlüyünün bərpasının ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb. Pərviz Şahbazov isə işğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərin bərpa olunan enerji potensialı haqqında məlumat verib.
- Baxış: 808