KepezTV Player
MN Zəngilan rayonundan videogörüntülər yayımlayıb.Kadrlar Nazirliyin rəsmi saytına və youtube səhifəsinə yerləşdirilib. Xatırladaq ki,rayon Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir. Zəngilan 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.Ötən ilin 20 oktyabrında isə Azərbaycan Silahlı Qüvvələri doğma torpağı düşmən tapdağından azad edib.
- Baxış: 157