• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 30.12.2020 19:29

Pandemiyanın mənzil bazarına təsiri

KepezTV Player

Koronavirus həyatımızın bir çox sahələrinə olduğu kimi daşınmaz əmlak bazarına da təsirisiz ötüşməyib. Demək olar ki, ilin əvvəlindən müşahidə edilən alıcılıq qabiliyyəti aşağı olması indiki dövr üçün də xarakterik olsa da bu özünü mənzillərin qiymətində biruzə vermir

Rieltorlar deyir ki, hazırda ev alqı-satqısında müvəqqəti durğunluq yaranıb. Satan çoxdur. Amma əksəriyyət pandemiyanın yatardığı bu qeyri-müəyyən şəraitdə daşınmaz əmlak almağa tələsmir. Bir növ risk etmək istəməyərək daha sərfəli dövrü gözləyirlər. Lakin əlim yandımda ev axtaranlar da var ki, onlar da mənzil almağa üstünlük verirlər.

Fərhad Əhmədov - rieltor: Həyət evləri ilə müqayisədə bina evlərinə maraq daha çoxdur. Daha çox satılan isə 1- 2 otaqlı mənzillərlə maraqlanırlar.

Alqı-satqı ilə yanaşı kirayə bazarında vəziyyət nisbətən fərqlidir. Pandemiyaya görə, tələbələrin distant formada təhsil alması, turizm obyektlərinin fəaliyyət göstərməməsi ev və ya mənzillərin icarəyə götürülməsini passivləşdirib.

Fərhad Əhmədov - rieltor: Kirayə bazarında aktivlik müşahidə olunur. Təxminən 5-10 % təşkil edir. Həm həyət evlərinə həm də bina evlərinə maraq azalıbdır. Qiymətlərdə isə dəyişiklik demək olar ki, yoxdu.

Hazırda daşınmaz əmlak bazarında kirayə evlərə yerindən asılı olaraq 150-300 manat arasında qiymət qoyulur. Otaq sayından da asılı olaraq mənzillər satışı isə orta hesabla 25-45 min manat arasında dəyişir. Proqnozlar isə pandemiyanın uzun müddət davam edəcəyi halda nəinki ölkəmizdə, eləcə də dünyada əmlak bazarına ciddi dərəcədə mənfi təsir edəcəyini göstərir.

Xəyal Quluzadə