• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 30.12.2020 16:10

Şəhidin qardaşı işlə təmin olunub

KepezTV Player

Şəhid Anar Məmmədovun döyüş yoluna nəzər saldıq. Onun döyüş meydanında düşmənə vurduğu sarsıdıcı zərbələr hərbiçi yoldaşlarını da savaşa ruhlandırıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu gün şəhidin evində olub. Qəhrəmanın qardaşı Qafar Məmmədovun işlə təmin edilməsinə köməklik göstərilib. Dövlətin şəhid ailələrinə olan diqqəti minnətdarlıqla qarşılanıb.

Qafar Məmmədov - şəhidin qardaşı: Dövlət tərəfindən mənim qardaşıma 3 medal verilib. Təbii ki, fəxr olunasıdır. Dövlət tərəfindən mənə Azərqold MMC-də işlə təmin olunmuşam. Çox sağ olsun ali baş komandan.