• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 23.12.2020 15:52

İcbari tibbi sığortanın tətbiqi dairəsi genişlənir

KepezTV Player

Gələn ilin yanvar 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılacaq. Ölkənin daha 36 şəhər və rayonu, o cümlədən - Gəncə, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Xocavənd, Laçın, Füzuli, Ağdam, Kəlbəcər və Cəbrayıl icbari tibbi sığorta sisteminə qoşulacaq. Sonuncu üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı və Sumqayıt şəhərləri, həmçinin, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.