• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2091
— 21.12.2020 15:10

Əyləncə və idman qurğularının sayı artırılır

KepezTV Player

Gəncədə əksər yaş kateqoriyasından olan sakinlərin asudə vaxtının səmərəli keçirilmısi üçün imkanlar artırılır. Yeni uşaq və idman qurğuları quraşdırılır. Bu qəbildən olan növbəti yenilik park-bulvar ərazisində reallaşdırılır. Quraşdırılan müxtəlif təyinatlı qurğular həm sağlamlıq, həm də əyləncə baxımından istirahətin təşkilinə xidmət edir. Əli və Nino abidəsinin ətrafında görülən işlərlə tanış olan şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramova ərazidə quraşdırılan qurğular, yaradılan ictimai obyektlər barədə məlumat verilib. Əhalinin istirahətinin səmərəli təşkili istiqamətində şəraitin yaradılması bundan sonra da davam etdiriləcək.