• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2317
— 17.12.2020 11:06

“Freelance” nədir

KepezTV Player

Hec kəsdən asılı olmadan işləmək, vaxtını öz istəyinə uyğun dəyərləndirmək. Bu arzu işləyən hər kəsə tanışdı məncə. Cox vaxt belə fikirlər enerjili, yeni ideyalara acıq olan gənclərin ağlına gəlir. Söhbət frilansdan gedir. Frilans sözü leksikonumuza yeni daxil olmasına baxmayaraq  populyarlaşaraq aktiv şəkildə istifadə olunur. Tərcümədə sərbəst işci mənasını verir.Yəni hansısa bir peşə sahibi hec bir şirkətdən asılı olmadan  üstəqil işləməyi üstün tutur. Belə işcilərin əksəriyyətini yaradıcı peşələr, İT işcilər və reklam sahəsinin mütəxəssisləri təşkil edir. Son dövrlər isə mühəndislər, müəllimlər, menecerlər və məsləhətcilər də bu sıralara əlavə olunub. Bununla yanaşı ənənəvi qaydada işləməyi sevənlər işcilər də var. Onlar daha cox dövlət müəssisə və təşkilatlarında calışmaq, nəzəri və elmi biliklərə yiyələnmək, iş təcrübəsi qazanmaq və karyera pillələri ilə ucalmağı hədəfləyirlər. Bəs belə işcilər tələb təklif mühasibətlərindən razıdılarmı Fiziki çətin məsələlərdə və mənəvi dilemmalar zamanı müdir ilə münasibəti necə qorumalıdırlar? Umumiyyətlə hər iki secimin mənfi və müsbət tərəfləri hansılardır?