• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 12.12.2020 10:47

NASA müjdəli xəbəri verdi: Birində çimərlik, digərində xizək kurortu

Dünyadan 40 işıq ili uzaqda 7 planet kəşf edən NASA qrupunun iki lideri, “Həftə sonu üçün bir planetdən digərinə gedə bilərsiniz. Məsələn, ulduza daha yaxın, yəni daha isti olan planetlərə dəniz istirahətinə, çimərliyə, daha soyuq olan planetlərə xizəyə gedə bilərsiniz” ifadələrini bildirib.

Bax: NASA canlı yayımda 7 yeni planet kəşf etdiklərini açıqladı

Belçikadakı Liege Universiteti Astrofizika Hissəsindən Dr. Emmanuel Jehin və NASA Spitzer Kosmos Mərkəzindən Sean Kerrinin bildirirlər: ‘Həyəcan vericidir, çünki ilk dəfə dünya miqyasında və dünyaya bənzər bu qədər planeti bir sistem içərisində kəşf etdik. Həmçinin bütün planetlərin səthində su olması ehtimalı var. Planetlər peyki olduqları ulduza çox yaxındırlar. Daha da maraqlı olanı 7 planetdən 3ü yaşana bilər. Yəni maye suyu üzərində hələ də saxlayan və atmosferi olan planetlərdir. Digər bir həyəcan verici məqam da bu sistemin dünyaya yaxın olmasıdır. TRAPPIST-1 ulduz sistemi dünyaya 40 işıq ili məsafədə. TRAPPIST-1 sistemi dünyaya çox yaxın olduğu üçün planetlərdə atmosfer var, yoxsa yoxdur və atmosferi təşkil edən maddələr nədir anlaya biləcəyik. Həyatın olub olmadığını anlamaq üçün də planetlərdə “bioloji imza” dediyimiz maddələrin mövcudluğuna baxacağıq. Yəni təkcə canlılar tərəfindən olunan bəzi molekullar və karbondioksidlər. Bu bəhs etdiyim şeylər elmi fantastika deyil. Habbl teleskopunun yerinə keçəcək və daha inkişaf etmiş olan Ceyms Webb teleskopu ilə bu məlumatları əldə edə biləcəyik. “Ulduza yaxın” dedim, amma indiki texnikayla əslində uzaqdır. Səthini həqiqi mənada görmək yüzlərlə il ala bilər. Mənzərə möhtəşəmdir! İndi təsəvvür edin, bütün planetlər bir-birinə çox yaxın durur. Bir planetdən digərlərinə baxanda, Dünyadan baxdığınız kimi parlaq ulduzlar kimi görməyəcəksiniz. Biz məsələn, Marsı parlaq bir nöqtə kimi görürük, elə deyilmi? Amma bu planetlərin birindən baxanda, digərinin səthindəki bütün detalları görə biləcəyik. Yəni göy üzündə Ay-dan böyük disklər olacaq. Göy dünyadakı kimi mavi deyil, narıncı-qırmızı rənglidir. Çünki TRAPPIST-1 ulduzunun rəngi budur. Yəni “Planetlərdə sonsuz bir gün batması baş verir” deyə bilərəm. Hava vəziyyəti bir az qarışıqdır. Təbii ki, gündüz tərəfi daha istidir, gecə tərəfi daha soyuq olacaqdır. Amma atmosfer varsa, bu istilik və soyuqluq vəziyyəti müqayisə olunacaqdır. Məsələn, külək dövr etməsilə temperatur planetə yayıla bilər. İndi istəsəniz bir az elmi fantastika edək, xəyal edək. Planetlərdə həqiqətən həyat varsa, indi malik olduğumuz texnologiyayla belə planetlər arası səyahət çox asan olacaq. Həftə sonu üçün bir planetdən digərinə gedə biləcəyik. Məsələn, ulduza daha yaxın, yəni daha isti olan planetlərə dəniz istirahətinə, çimərliyə, daha soyuq olan planetlərə xizəyə gedə biləcəyik. Yəni Aya getmək üçün istifadə etdiyimiz Apolloyla, 2 gündə bir planetdən digərinə getmək mümkün olacaq.’