• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 11.12.2020 20:26

Koronavirusa yoluxmada artan saya təsir edən amillər

KepezTV Player

Vaksinlər yaradılsa da onlar sehrli deyil, mütləq şəkildə qorunma tədbirlərinə düzgün əməl edilməli, sosial izolyasiya qorunmalıdır. Ən əsası da evdə havalandırmaya diqqət yetirilməlidir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı Kəpəz TV-yə müsahibəsində pandemiyanın nə vaxt geridə qalacağını deməkdə çətinlik çəksə də əsas məsələnin bunu az itki ilə geridə qoymağın olduğunu önə çəkib.

Azərbaycanda COVİD-19-a yoluxmanın kəskin artımı oktyabrdan müşahidə edilməkdədir. Ötən 2 aydan artıq dövr ərzində koronavirusa gündəlik yoluxma 20 dəfə artıb. Son 10 gündür ki, rəqəmlərdə stabillik müşahidə edilir. Yoluxmada kəskin artımın səbəbləri isə müxtəlifdir. Hande Harmancı ÜST-ün Azərbaycankı nümayəndəsi Virusdan qorunmaq üçün əhali daha çox vitamin kompleklərindən istifadəyə üstünlük verir. Hande Harmancı deyir ki, bunun koronavirusdan qorunmaq üçün faydalı olduğu sübuta yetirilməyib. Amma məsləhətə əməl etməkdə fayda var. Hande Harmancı ÜST-ün Azərbaycankı nümayəndəsi Sosial izolyasiya, tənəffüs yollarının qorunması, spirtdən mütəmadi istifadə, əllərin yuyulması dünya praktikasında COVİD-19-dan qorunmada sınanmış metodlardır. Bununla paralel olaraq vaksinlərin də hazırlanmsı və sınağı üzərində iş aparılır. Hande Harmancı ÜST-ün Azərbaycankı nümayəndəsi Azərbaycanda koronavirusa yoluxanların yarıdan çoxu bakının payına düşür. Gəncə-Qazax bölgəsi isə 8 %-ə yaxın göstərici ilə siyahıda dördüncüdür.