• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3180
— 02.12.2020 17:32

Şərəfli döyüş yolu keçən zabit

KepezTV Player

Qəhrəman əsgər və zabitlərimizin vətən müharibəsində göstərdiyi şücaətlər hərb tariximizə yazılan şanlı səhifələrdir. Onların qəhrəmanlıqları llərlə danışılacaq, tarixdə əbədi qalacaq. Belə igidlərimizdən biri də baş leytinant Yusif Musayevdir.

Gəncədə anadan olan Yusif Musayev uşaqlıqdan zabit olmaq istəyib. Hərbi məktəbi də əla qiymətlərə bitirib ön cəbhədə xidmətə başlayıb. Vətən müharibəsi başlıyandan gündən qaynar nöqtələrdə düşmənə canlı qüvvə və texnika sarıdan ağır zərbələr endirib. Onun qəhrəmanlığı döyüş yoldaşlarını da ruhlandırıb. Oktyabırın 10-da Füzuli uğrunda gedən ağır döyüşlərdə Yusif Musayev sol budundan ağır yaralanıb.

Yusif Musayev qazi: Xəstəxanada müalicə aldığım zaman ali baş komandanımızın uğrunda vuruşduğum şəhərin işğaldan azad edilməsi xəbərini eşitdiyim zaman özümdə qürur hissi duydum. Sevincimin həddi-hidudu olmadı. Şəhidlərin valideynləri qarşısında baş əyirəm, özüm üçün onların tökdüyü qanı müqəddəs hesab edirəm. Yaralı yoldaşlarıma, qazilərimizə Allahdan şəfa diləyirəm. İnşallah sağalıb ordu sıralarına qayıdarlar.

Yusifin atası Məhəbbət Musayev də ermənilərə qarşı Qarabağda savaşıb. 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Qardaşı Qurban isə müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Hazırda Kəlbəcərdə hərbi xidmətini şərəflə yerinə yetirir.

Tamaşa Musayeva qazinin anası: Vətən üçün hamı getməlidir. Vətəni hamı sevməlidir. Vətən üçün hamı canından keçməlidir. Vətəndə hamı qulluq etməlidir. Övladımla fəxr edirəm.  Allah səngərdə olan balaları qorusun. Allah şəhidlərə rəhmət etsin, yerləri nurla dolsun. Anaların qarşısında baş əyirəm, hamımız vətən üçün vuruşmalıyıq.

Baş leytinant Yusif Musayevin indi tək arzusu sağalaraq ayağa qalxıb Şəhidlər xiyabanında uyuyan silahdaşlarının məzarlarını ziyarət etməkdir. Ardından isə Qarabağda şərəflə zabit kimi xidmət etməyi planlaşdırır.

Elnur Vahidoğlu