• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 02.12.2020 09:16

"Associated Press" Azərbaycanın Qarabağla bağlı siyasi uğurlarından yazıb

KepezTV Player

"Associated Press" Azərbaycanın 30 ilə yaxın əvvəl Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasında siyasi uğurlarını vurğulayan məqalə dərc edib. "Azərbaycan Dağlıq Qarabağ ətrafındakı torpaqları tamamilə geri qaytarır" başlıqlı məqalədə qeyd olunur ki, 1 dekabr tarixində Rusiyanın vasitəçiliyi ilə Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın Azərbaycana qaytardığı ərazilərin təhvil verilməsi başa çatıb. Torpaqlarını erməni işğalından azad etmək məqsədi ilə bir aydan çox davam edən döyüşlərdən sonra Azərbaycan Ermənistanı təslim sənədi imzalamağa məcbur etdi.