• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 819
— 01.12.2020 12:25

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı

KepezTV Player

Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və saziş imzalanıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır. Xatırladaq ki, noyabrın 11-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında Qarabağda atəşkəsə nəzarət olunmasını müşahidə və nəzarət etmək üçün videokonfrans vasitəsi ilə anlaşma memorandumu imzalanmışdı.