• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 30.11.2020 16:29

ANAMA vətəndaşları ehtiyatlı olmağa çağırır

KepezTV Player

"İşğaldan azad olunmuş ərazilərə nəzarət edilir. Bütün yollarda, bütün keçidlərdə polis tərəfindən mühafizə zolaqları qurulub, postlar yerləşdirilib. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin birifinqində məlumat verilib ki, münasib şərait yaradıldıqdan sonra təlimat veriləcək ki, sakinlər bu əraziləri ziyarət etsinlər. İndi isə ehtiyatlı olmaq lazımdır.

Vətəndaşlar işğaldan azad edilən ərazilərə səfər etməyə tələsməməlidir. Ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildirilib ki, “3-5 il ərzində  insanların ata-baba yurdlarına qayıtması üçün infrastruktur obyektlərində,  zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq. Daha sonra otlaq, əkin sahələri, sonra ucqar ərazilər təmizlənəcək.

Qəzənfər Əhmədov ANAMA-nın direktoru:14 noyabrda Füzuli ərazisində minaya düşərək həlak olan 4 nəfərin cəsədlərinin çıxarılması zamanı daha bir bədbəxt olay yaşanıb.

Qəzənfər Əhmədov ANAMA-nın direktoru: İşğaldan azad olunan ərazilərdə ilk növbədə humanitar dəhlizlər yaradılır. Tərtərlə Suqovuşanı birləşdirən yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Yaxın 2-3 gün ərzində yolun istifadəyə verilməsi nəzərdə tutulur.Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunluya doğru 22.5 km yeni yolun inşası da planlaşdırılır. Avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Ağdam-Əfətli yolunda 3 gün ərzində 11 ədəd partlamamış hərbi sursat aşkarlanıb, 7 km avtomobil yolu tamamilə təmizlənib”. “Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə də iş aparılır. Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını söyləmək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir, partlayıcı maddələr, əsasən, əllə təmizlənir.ANAMA tərəfindən 27 sentyabrdan 30 noyabradək 2061 siqnal əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.