• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 21.11.2020 19:58

İcazəsiz taksi fəaliyyəti ilə məşğul olanlar cərimləndi

KepezTV Player

Gəncədə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət gücləndirilib. Polis əməkdaşları qanunun tələblərinə əməl etməyən şəxslər barəsində qanuna müvafiq tədbirlər görüb. Yoxlamalar zamanı qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların çoxluq təşkil etdiyi məlum olub.

Xüsusi karantin rejiminin qaydalarının sərtləşdirilməsindən irəli gələrək Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir. Asayiş keşikçiləri şəhər ərazisində həm profilaktiki söhbətlər aparır, həm də reyd xarakterli tədbirlər həyata keçirirlər.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində qanunramüvafiq tədbirlər görülüb. Qayda pozanlar əsasən taksi fəaliyyəti ilə qanunsuz məşğul olanlardır.  

Bundan başqa xırda tutumlu nəqliyyyat vasitəsi ilə rayonlararası sərnişin daşıyanlara da rast gəlinib. Belə nəqliyyat vasitələrinin istismarı dayandırılıb, sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Bu gün keçirilən reyd zamanı aşakr olundu ki, xüsusi icazəsi olmayan taksi sərnişin daşıma ilə məşğul olan mikroavtobuslar və bir neçə obyektlərin qanunsuz fəaliyyət göstərdiyi müəyən edildi. Onlar barəsində polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görüldü. Vətəndaşlardan xahiş edirik xüsusi karantin rejiminin tələblərinə riayət etsinlər. Özlərinin və yaxınlarının sağlamlıqlarının qeydinə qalısnlar.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.Polis əməkdaşları bu kimi yoxlamaları davam etdirir.

Natiq Hüseyn