• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 19.11.2020 20:12

Erməni teroru zamanı valideynlərini itirən Nilayın doğum günüdür

KepezTV Player

Oktyabırın 11-də Gəncəyə erməni silahlı qüvvələrinin atdığı raket nəticəsində hər iki valideyini itirən Nilayın bu gün doğum günüdür. Bu münasibətlə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə 2 yaşı tamam olan qızcığaz təbrik edilib, ona hədiyyələr təqdim edilib. Hadisə nəticəsində Nilayın atası  Adil Əliyev və nənəsi Afaq Əliyeva dağıntılar altında qalaraq dünyasını dəyişib. 3 saat dağıntı altında qalan anası Günay Əliyeva isə 1 gün xəstəxanada olsa da həkimlər onun həyatanı xilas edə bilməyib. İndi uşaq ana valideynlərinin himayəsindədir.

Zahid Babazadə - Nilayın babası: İcradan gəldilər Nilayın ad gününü təbrik etdilər. Allah can sağlığı versin, ömürlərini uzun etsin.