• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 17.11.2020 20:26

Keçmiş döyüşçülər qələbə sevincini bölüşdülər

KepezTV Player

Zaman keçdikcə ordumuzun cəbhədə qazandığı qələbə sevincinə sevinc qatılır və bu dillərdə dastana çevrilir. Birinci Qarabağ döyüşçüləri də bir vaxtlar uğrunda vuruşduqları torpaqlarımızın azad olunmasına  sevinənlər sırasındadırlar. Çünki onlar Qarabağın düşmən taptağı altına düşməməsi üçün ağır döyüşlərdən keçib. Onların davamçıları isə Qarabağı Azərbaycana bəxş ediblər.

Birinci Qarabağ döyüşlərinin iştirakçıları döyüş meydanında qazanılan qələbənin təəsuratı altındadırlar. İndikindən fərqli olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində silahsız, təminatsız olan əsgərlər işğalın qarşısını ala bilmədilər. Bununla belə sonadək döyüşdülər, Göygölün cəbhəyə yaxın olan kəndlərini işğaldan müdafiə etdilər.

Özünü müdafiə dəstələrindən ibarət könüllülər birinci Qarabağ döyüşlərində şücaəti ilə də seçiliblər. Onların yarımçıq işlərini isə rəşadətli ordumuz tamamlayıb.

İllərin arzu və xəyalları şanlı qələbə ilə başa çatdı. Güclü dövlətin qüdrətli ordusu hərb meydanında igidlik və şücaət göstərməklə buna nail oldu.

 

Elnur Vahidoğlu