• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2457
— 15.11.2020 19:27

Azərbaycan ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır

KepezTV Player

Dünən ölkə başçısı İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının detalları barədə prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə məlumat verib. Ermənistan, Rusiya və Azərbaycan arasında imzlanan üçtərəfli bəyanatın icrası istiqamətində işlər davam etdirilsə də Kəlbəcərin qaytarılması ilə bağlı tarixdə dəyişiklik var.

Ermənistan tərəfi Kəlbəcərdən qanunsuz yerləşdirilən ermənilərin çıxarılmasına görə, əlavə müddət istəyib. Prezidentin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi humanizmdən çıxış edərək, ermənilərin noyabrın 25-ə qədər Kəlbəcərdən çıxarılması ilə bağlı qərar qəbul edib.

Əlavə müddət yalnız Kəlbərcərdən çıxarılmağa aiddir. Ağdam və Laçınla bağlı vaxt qarfiki isə olduğu kimi saxlanılır. Hikmət Hacıyev ölkə başçısı İlham Əliyevin yaxın zamanda gözlənən müjdəni Azərbaycan xalqı ilə bölüşəcəyini bildirib.

Bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşıdırlan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir.

Müdafiə Nazirliyinin idarə rəisi qeyd edib ki, əlavə vaxt verilməsinə baxmayaraq, hazırda Kəlbəcərdən ora qanunsuz yerləşdirilən əhalinin və erməni silahlı qüvvələrinin çıxarılması prosesi gedir və bu prosesə tam nəzarət edilir. Heç bir təxribata yol verilmir.

Prezidentin köməkçisi Hikmət Hacıyev ermənilərin Kəlbəcəri tərk edərkən ekoloji terror törətməsi, evləri yandırmasını vandallıqlarının təzahürü kimi dəyərləndirib.

Həmçinin işğalçı ölkə 30 ildə olduğu kimi, indi də Azərbaycanın maddi-mədəniyyət abidələrinə ziyan vurmaqdan, onları talamaqdan çəkinmir. Hətta Ağdamda ermənilərin Tiqranakert adlandırdığı ərazidə qanunsuz arxeoloji qazıntılar aparması və tapıntıların qablaşdırılaraq Ermənistana aparması da buna sübutdur.