• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 15.11.2020 16:11

Sülhməramlılar nəyə və necə nəzarət edəcəklər?

KepezTV Player

Dağlıq Qarabağdakı sülhməramlılar nəyə və necə nəzarət edəcklər? Hazırda Rusiya sülhməramlılarının yerləşdirilməsi səbəbləri geniş müzakirə olunur. Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya ümumiyyətlə təhrif olunur. Birmənalı olaraq deyə bilərik ki, Dağlıq Qarabağda sülhməramlıların əsas vəzifəsi 10 noyabr razılaşmasının icrasına dəstək göstərməkdir.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. Bəyanatın 3-cü bəndində yer alır ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. 4-cü bənddə isə sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirildiyi öz əksini tapır. Qalma müddəti 5 il olan sülhməramlıların fəaliyyətinə xitam bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 il üçün uzadılır.

Situasiyadan asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər. Rusiyanın sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulan vəzifələrin icrasına dəstək göstərmək.<br><br>Ümumilikdə BMT mandatlı 13, BMT mandatı altında fəaliyyət göstərməyən 7 sülhməramlı missiya mövcuddur.

Hazırda Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılan yeganə heyətdir.