• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 12.11.2020 20:08

Soydaşlarımızın Qarabağ sevinci

KepezTV Player

Haqq mübarizəsində layiqli olan qazandı və biz nəhayətində 30 ilə yaxındır yolunu gözlədiyimiz qələbəyə qovuşduq. Nə xoş ki, qalibiyyətimizi ölkə hüdudlarından kənarda da bayram etdilər. Müxtəlif ölkələrdə coşqu yaşanıb.

Xaricdə yaşayan soydaşlarımız indiyədək Vətən üçün ən xırda məsələlərə belə həssaslıqla yanaşıb, birlik nümayiş etdiriblər. Tez-tez təşkil olunan dəstək aksiyaları, informasiya mübarizəsində atılan ciddi addımlar buna ən gözəl nümunədir. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istəyənlər bu günlərdə mənsubu olduğu xalqın xoş gününə sevinirlər.

Vüsalə Yusif Əmirbəyova - Oman Sultanlığı, Maskat şəhərində pedaqoq: Həm vikipediyadakı məlumatlar, həm ümumiyyətlə “google”a yerləşdirilən informasiyalar, Qarabağ yazanda tariximizdən tutmuş, orada baş verən hadisələr, bu günümüz, dünənimiz, sabahımız, hamısı barədə geniş təfsilatıyla məlumatlar əldə etmək hamı üçün asan olmalıdır. Mən özüm Zəngilanlıyam. Zəngilanın geri qaytarılması doğum günümə təsadüf etdi. Bir növ hədiyyə oldu mənə. Biz prezidentimizin ətrafında sıx birləşək, yumruğumuz 1 olsun, 1 hədəfə vuraq, 1 məqsədə gedək. Alınmış torpaqlarımızı abadlaşdıraq. Oranı hərtərəfli inkişaf etdirək. Bunun üçün öz töhfələrimizi verək.

Həmrəylik sözünün haqqını verənlər arasında Avstraliyadan olan həmyerlilərimiz də var. Digər azərbaycanlılar kimi onlar da böyük qürur hissi ilə qalibiyyət sevincini yaşayırlar. Zəfərin tək cəbhədə deyil, siyasi arenada da əldə edildiyini deyirlər.

Mikayıl Oyta - Avstraliya Azərbaycan Assosasiyasının prezidenti: Erməni diasporlarının Dağlıq Qarabağımızda terrorist silahlı qüvvələrinə malik himayədarlarını dövlətə və təhlükəsizlik nazirinə raport vermək, Dağlıq Qarabağımızın həqiqətlərini aydınlatmaq, onların qeyri-qanuni hərəkətlərini raport verməmiz və erməni vəzirini sual altına aparmağımız bu istiqamətdə görülən işlərdəndir. Burada bütün azərbaycanlılar birlikdə fəaliyyət edib və davam edəcək.

Görünən odur ki, xaricdə yaşayan həmvətənlərimiz də Azərbaycanın haqq səsinin ucaldılmasında yaxından iştirak edir. Həqiqətlərin yaşadıqları ölkə ictimaiyyətinə çatdırılmasında fəallıq göstərirlər.