• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 30.10.2020 22:25

Egey bölgəsində zəlzələ baş verib

KepezTV Player

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 522-ə çatıb.Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, dağılan və zərər görən 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb, insan itkisinin olması da istisna edilmir. 6,6 bal gücündə olan zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki Səfirliyində “qaynar xətt” yaradılıb.

Baş verən təbiət hadisəsi ilə əlaqədar Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib. Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində etdiyi paylaşımda - Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!", - deyə vurğulayıb.

Azərbaycandan Cənab İlham Əliyev qardaşım telefonla zəng edərək zəlzələ ilə əlaqədar hər cür şəkildə Türkiyəyə dəstək verməyə hazır olduqlarını dedi”. Bunu deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbii fəlakətlə əlaqədar Türkiyəyə dəstək təklif edən bütün ölkələrə təşəkkürünü bildirib.