• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 14.10.2020 14:05

Cəbhəyanı rayonlarda 270-dən çox transformator yararsız olub

KepezTV Player

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb.<br>“Azərişıq” ASC-dən verilən məlumata görə, bununla belə təmas xəttində 24 saat fasiləsiz xidmət göstərən qurum əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.<br>Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.&nbsp;