• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 13.10.2020 14:18

Gəncədə 3 uşaq hər iki valideynini itirib

KepezTV Player

Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar aparılan faktaraşdırıcı missiyaya dair hesabat yayıb. Qeyd olunur ki, erməni təxribatı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını işğalçı Ermənistana qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlər görülməsidi üzrə səylər göstərməyə vadar etməlidir.