• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 19.09.2020 20:24

Ağacı calamaq bol məhsul verər

KepezTV Player

Bağa baxarsan bağ olar, baxmazsan qanqal olar. Elə  yaxşı bağ üçün də ən vacib şərtlərdən biri də ağacın calanmasıdır. Çünki ağacın bol məhsul verməsi üçün onu calamaq vacibdir. Lakin ağac calamağın da öz vaxtı, üsulu və incəliyi, eləcə də üstünlükləri var. Bütün bunları isə qarşıdakı sujetdən öyrənə biləcəyik.

Əhsən, sən Muçirisən, Berbanksan, özüm ölüm tutdu

40 ilə yaxındır ki, bağban olan Səfər Əsgərov da gecə-gündüz caladığı ağacların tez tutaraq vaxtında bar verməsi üçün çalışır.  Bunun üçün də o bir neçə şərtə əməl etməyin vacibliyini söyləyir. Calanan ağacın dibi  3 gün əvvəldən yaxşı sulanmalı, peyin və mineral gübrələrlə qidalandırılmalıdır. Bütün bunlar ağacın  calanmasına hazırlıq məqsədi daşıyır və calaq əsasən meyvə ağaclarında olur. Əgər ağaca qabıqaltı qələm calağı edirlirsə, qabıq oduncaqdan çox asan aralanmalıdır. Qabıq asan aralanırsa, deməli, calaqaltı calaqüstünə hazırdır. Əks halda, calaq tutmaya bilər.

Səfər Əsgərov bağban:Baxırsan qabıq vermiyəndə calamaq mümkündür. Hava soyudu qabıq qalxmır. Ona görədə vurduğun calaq tutmur. Adi gözü götürürük te şəkilli göz calağı qoyuruq torpaqdan 10 sm yuxarı calaq vururuq. Gərək qabıq yaxşı qalxa ki, göz yerinə otura.

Adətən ağacın calanmasına sentyabırın əvvəlindən başlanılır. Bu proses havalar soyuyana kimi davam edir. Mütəxəsislər də ağac calağının öz üstünlüyünün olduğunu bildirir.

Hüseyn İdrisov ADAU Bağçılıq kafedrasının müdiri:İstədiyimiz sortları istıdiyimiz sortlardan biz deyirik ki, təsərrüfat üçün bu sortları artırmaq lazımdır və calaqla artırırıq. İkinci bir təfədən tez mütasiyaya uğramır. Yəni bu calaq ağaclar əvvəldə nə idisə ömrünün sonuna kimi özünü saxlayır. Üçüncü bir tərəfdən isə tez məhsula düşür. Bu il intensiv bağçılıqda əkirsən ikinci ildə məhsul alırsan. Amma tbii halda bitənlər 7-8 il bəzəndə gec məhsula düşür.

Ağac adətən öz sortuna uyğun növlə calananda daha böl məhsul verir və ağacın ömrü uzun olur. Bəzən bir növün daxilində elə sortlar olur ki, onların da bir-birilə yaxşı calağı tutmur.

Hüseyn İdrisov ADAU Bağçılıq kafedrasının müdiri:Calaq altının hamısını nəzərə almaq lazımdır. Məsələn tumlu meyvəni çərdəəkli meyməyə əkmək olmaz. Almanı alçaya calaya bilməzsən.Amma almanı almanı almaya calaya bilərsən. Armudu heyvaya calaya bilərsən, heyvanə əzgilə calaya bilərsən. Onlar bialoji və anatomik qurluşları uyğun olan bitkilərdə istifadə olunmalıdır. O qupdan olan bitkilər ki, hansı ki, bir birini qəbul edir.

Calanan ağacın praktiki işlərdən başqa nəzəri işlərini də bilmək lazımdır. Ona vaxtlı - vaxtında aqrotexniki qulluq göstərib, sulamaq vacib olan amillərdəndir. İndi calanan ağaclar adətən mart ayında yeri dəyişdirilərək əkilə bilər  və bundan sonra ağaclar 10 gündən bir sulanmalıdır.

Elnur Vahidoğlu