• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 17.09.2020 16:37

Zərdüştlüyün yadigarı Mahrasa məbədi

KepezTV Player

Öz gözəlliyi, füsünkarlığı ilə yanaşı  Azərbaycanın ən qədim yaşayış yerlərindən biri də Gədəbəydir. Diyarin qədim tarixə malik abidələrlə zənginliyi yeli və xarici turistlərin diqqətini çəkir. Burada vacib olan məqamlardan biri də tarixiləşən mədəni irsin təbliğ edilməsidir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə KİV nümayəndələri üçün təşkil edilən mediatur tarixi abidələri tanımaq və tanıtmaq məqsədi daşıyıb. İndi əməkdaşımız Elnur Vahidoğlunun təqdimatında biz də tanış olmaq imkanı qazanacağıq, izləyək.

Mediatur iştirakçıları təyin olunan saatda rayon icra hakimiyyətinin qarşısında idi. Hər kəs gediləcək olan tarixi abidələr haqqında müzakirələr edirdi. Kimi bu abidələrin bəzisində olduğunu, kimi isə ilk dəfə getdiyi üçün maraq doğurduğuna diqqət çəkirdi. Elə mənim üçün də ilk dəfə bu abidləri görmək, nə gizlədim diqqət çəkən idi. Bələdçilərin iştirakı ilə ilk görəcəyimiz alban abidəsi olan Mahrasa məbədinə yol sıx meşəliyin arası ilə enişli-yoxuşlu olsa da ətrafdakı füsnkar gözəllik hər kəsi valeh edirdi. Qət edilən təxminən 12 km-lik yol bizi Şəmkir çayının sahilinə, yaşıllıqlarla zəngin əraziyə gətirdi. IV əsrə aid tarixi memarlıq abidəsi Mahrasa məbədinə çatdıq.

Hazırda dayandığımız yer Mahrasa məbədinin arxa hissəsidir. Arxa hissədə də Albanlara məxsus olan yaşayış yeri var. Həmçinin məbədin arxa hissəsində zəng qülləsi də var ki, bu zəng qülləsinin çalınması ilə insanlar ibadətə çağrılırmış.

Kərəm Nəbiyev sakin:Onlar həmişə dini mərkəzləri bir qədər eldən obadan kənarda ediblər ki, sakitlik, təmizlik, gözəllik olsun və həmişədə gözəl yerlər seçiblər. Həmin bu yerdə Şəmkir çay vadisinin Miskinli obası ilə Söyüdlü kəndinin ərazisi olan gözəl bir cənnətməkandı. Bu abidə Mahrasa bunun başqa Mahsaray kimi də gedir. Çünki buranın əsasını marlar qoyublar bunlarda aya ulduza stayiş edənlər olub.

Bu tarixi abidəni atəşpərəstlik dövrünün memarlıq nümunəsi kimi bizim dövtədək gəlib çatıb. Buradakı daşüstü təsvirlərdə atəşpərəstliyi əks etdirən bir sıra izlərin mövcudluğu ehtimalları bir qədər də təsdiqləyir. Məhz bu baxımdan abidənin xristianlaşma dövründən əvvəl inşa olunduğunu söyləmək mümkündür.

Kərəm Nəbiyev sakin:Ermənilər öz dəsti xətlərini daşlar üzərinə yazmağa başlayıb. Ayla bağlı olan İlahi şəkillləri öz adlarına uyğun xaçları yerləşdiriblər. Öz əlifbaları ilə bağlı çoxlu işlər ediblər. Atəşpərəstliklə bağlı olan eskizlərin hamısını məhv etmiş öz dəsti xətlərini öra köçürmüşdü. Ancaq xaçın da öz mənası var. Burada qoç başı seçiliblər.

1 ha yaxın ərazisi olan məbəd olduqca mənzərəli, turizm üçün xüsusilə əhəmiyyətli yerdə yerləşir. Burada ayrı-ayrı vaxtlarda elmi təyinatlı və ya fərdi qazıntılar da aparılıb.

Qədir Bağırov Gədəbəy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: Nazirlər Kabinetinin 2001-ci il tarixli 132 saylı qərarına əsasən bu məbəd yerli əhəmiyyətli abidə kimi qeydə alınıbdır. Rayon icra hakimiyyəti tərəfindən Qız qalasına 16,5 km yol çəkilib. Sevindirici haldır ki, bu avtomobil yolu Mahrasa məbədinin də yanından keçir. Turistlər bir qalanı ziyarət etməyə gedəndə gözəlliklərlə əhatə olunmuş Şəmkir çayının sahilində olan Mahrasa məbədini eyni zamanda sız meşəlikdə sıldırım qayalıqda yerləşmiş Qız qalasını ziyarət etmiş olurlar.

İki min metr yüksəklikdəki qala

Elə biz də tanışlığımızı yeni çəkilən yolla hərəkət etməklə ölkə əhəmiyyətli tarixi memarlıq abidəsi Qız qalasına istiqamətləndirdik. Rayon mərkəzindən təxminən 17 km aralıda yerləşn qala  Şəmkir çayı ilə Missu çayının qovuşduğu ərazidə qayalıq zirvədə ucaldılıb.

Gədəbəy rayonun ən qədim tarixi abidələrindən biri də Qız qalasıdır. Bizim eranın 9-cu əsrində inşa edilən Qız qalası gördüyünüz o hissədə yerləşir. Bu isə bizim dayandığımız yerdən təxminən 2 km aralıdır.

Qalaya doğru avtomobillərin son dayanacağından təxminən 400 m məsafə piyada qət edildi. Sıdırım  qayadan keçən yol asan olmasa da məqsəd qalaya çatmaq idi.

Mediatur çərçivəsində Gədəbəy rayonunda yerləşən Qız qalasına gedirik. Qız qalasına yol olmadığı üçün meşənin içi ilə çığırlarla hərəkət edirik.

Kompleks tikili halında olan qala qayalıqda ucaldıldığından sıx meşə və yaşıllıqla əhatə olunub.

Qız qalası Gədəbəydə yerləşən ən qədimi tarixi abidələrdən  biridir. Bu tarixi abidənin digər tarixi abidələrdən fərqli cəhəti ondan ibarətdir ki, tarixi abidə qırmızı kərpicdən tikilib. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən bu tarixi abidənin 5 stünü var ki,  bu stunlarda bir-birindən tamami ilə fərqlidir.

Qədir Bağırov Gədəbəy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: Qalanın stünlarından biri Bakı şəhərində Qız qalasının stünlarına oxşayır ki,  burdan da aydın görünür ki, qala mühəndis istehkam xarakteri daşıyır. Müxtəlif vaxtlarda həmişə turistlər gəlib. Lakin turistlər gəlməkdə çətinliklər çəkib. Gələcəkdə nəzərdə tutulub ki, qalanın 300-400 metr olan məsafəsi də ziq-zaq formada piləkələrdən ibarət piyada yolu çəkilisin və qırağı qalın kəndirlərlə sürəhləndirilsin ki, qalaya gələn turistlərin əl tutması və rahat gəliş gedişi təmin edilsin.

Yaxınlığından çay və şəlalənin olması qalanı turistlər üçün maraqlı, diqqətçəkən etməyə bilməz.

Qədir Bağırov Gədəbəy Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: Qala çox uzun müddət tarixə malik olmasına baxmayaraq bü gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Qalanın bir sıra restavrasiya işlərinin aparılmasına da ehtiyac vardı.

Bu qədim tikili bütün tarixi özəllikləri ilə yanaşı bir memarlıq nümunəsidir. Ümumilkdə Gədəbəydə 500 çox tarixi abidə var ki, bunun da 100 dövlət tərəfindən qorunur.

Elnur Vahidoğlu