• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 12.08.2020 20:09

Gəncədə könüllülər seroloji testlərdən keçəcəklər

KepezTV Player

Seroloji testlər aparılacaq

Azərbaycanda SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilən əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq verən insanın evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçən qanalma tibb bacısı göndəriləcək. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilən Almaniya şirkətinin istehsalı olan reaktivlərlə aparılacaqdır. İnsan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşan immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.