• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 11.06.2020 20:19

"Gül xəstəliyin müalicəsidir"

KepezTV Player

Gülçülük sektoru bir sıra ölkələrdə iqtisadiyyatın aparıcı sahələrindən biridir. Azərbaycan da müxtəlif güllərin yetişdirilməsi üçün əlverişli iqlim şəraitinə malikdir. Lakin bu gün ölkədə gülçülük ləng inkişaf edir. Araşdırmalara əsasən, ətri ilə insanları valeh edən - gözəlliyi ilə hər kəsi heyrətə gətirən bu canlılara olan təlabatı heç də azaltmır. Növbəti sujetdə mütəxəsisslər gülləri uzunömürlü etməyin yollarının olduğunu söyləyirlər. Diqqət ekrana...

Vaxtilə Azərbaycanda böyük sənaye xarakterli gülçülük təsərrüfatı yaradılıb. Gəncə şəhəri də belə zonalardan olub. Burada əkilən mürəbbəlik gül sortlarına dünyanın bir çox ölkələrində belə rast gəlinmirdi. Lakın hazırda ölkədə gülçülüyün inkişafı heç də ürəkaçan deyil. Botanik Zaur Hümbətov gülçülüyün inkişafına mane olan əsas səbəbin xaricdən gətirilən güllərin olduğunda görür.

Zaur Hümbətov botanik: Burada yaxşı genetika, seleksiya işləri aparılmalıdır. Yeni növlər xəstəliyə davamlı, stress faktorlara, torpağın duzluluğuna uyğun olaraq, yeni növlər yaradılmalıdır ki, maya dəyəri aşağı düşsün. Ancaq dövlət proqramının qəbul olunması pis olmazdı. Dövlət proqramı qəbul olunsaydı, o xaricdən gətirilən ucuz – İrandan, Türkiyədən hətta Çindən də gətirirdilər. Belə ölkələrdən bu güllərin gətirilməsinin qarşısı alınsın, onun gömrük rüsumuna baxılsın, ondan sonra daxili bazar inkişaf edə bilər.

Həmsöhbətimiz deyir ki, xaricdən gətirilən dekorativ xarakter daşıyan güllər uzun müddət qalır, görünüşləri gözəldir. Amma ətir yoxdur, keyfiyyəti aşağıdır.  Yerli güllərimiz isə əksinə ətirli və olduqca keyfiyyətlidir. Belə ki, onlardan şirniyyatların bəzəyi üçün də istifadə etmək mümkündür. Zaur Hümbətov yerli gülləri uzun ömürlü etməyin yollarının olduğu və bunun üçün lazım olan amilləri vurğuladı.

Zaur Hümbətov botanik: Genetik modifikasiya yolu ilə, marketingə, bazara uyğun sortlar alınmaldırlar ki, onun epidermisini, gen modifikasiyasının epidermisini qalınlaşdırırlar. Genlərə müdaxilə edirlər, qalın epidermis olur ki, buxarlanma zəif gedir ki, o da uzun müddət qalır. Bu da mənə elə gəlir ki, elə bir əhəmiyyətdə yoxdur. Sadəcə yerli güllərimizi biz, bazara uyğun çıxartmalıyıq. Bizim güllər olduqca keyfiyyətlidir. Gül xəstəliyin müalicəsidir. Elə bilirsiniz, onun gözəlliyidir ? Yox. O ətir hansı ki, ürək xəstəliklərini, depressiyadan çıxma, əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. Ancaq xaricdən gələn güllərdə belə xüsusiyyət yoxdur.

Florist Anar Seyidov da alıcıların daha çox xaricdən gətirilən güllərə üstünlük verdiyini qeyd edib.

Anar Seyidov florist: Ad günləridir, xətəxanada uşaq çıxartmaq üçün yeni doğulmuş uşaqlar üçün buketlər bağladırlar. Yenə də qırmızı qızıl gül ən çox üstünlükdür. Düzdür karantin çox təsir edir ticarətə. Ticarət azalıb. Amma ona baxmaraq, online sifarişlərimiz olur. Dipçək güllərindən ən çox orxideya dəbdədir. Ona təlabat daha çoxdur. Kartenziyadır, kaladır, kalanxoedir, azalyadır belə çeşidlər var hansı ki, təlabat çoxdur onlara. Dibçək gülləri 15 AZN-dən başlayır, 30-50-60-100 AZN hər qiymətə var.

Qızıl gül sinir sistemi, aloe gülü isə immun sisteminin qaldırılması üçün xalq təbabətindən istifadə olunan güllərdəndir. Bu da o deməkdir ki, güllərdən yalnız bəzək bitkisi kimi deyil, həm də bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Odur ki, dibçək gülləri təkcə evimizi gözəlləşdirmir, həm də sağlamlığımızın qorunmasında rol oynayır.