Yazda min bir dərdin dərmanı, dadlı və vitaminli təbii qida kimi istifadə edilən, təbiətdə təbii olaraq bitən bitkilərə də maraq çoxalır. Əsasən də gözəl dadı ilə seçilən “Qulançar” indi çoxlarının qida rasionunda xüsusi yeri tutur. Tovuzun dağətəyi ərazilərindən əllə toplanan “Qulançar” bitikisinin sevə-sevə yığılmasından qarşıdakı materialda danışacağıq.
Qulançar azyayılmış, qiymətli və çoxillik bitkidi. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançarın solan vaxtıdı. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb realizə edilir. Əhalinin bu bitkiyə tələbatı çox olduğundan qiyməti də bahadı.
Adil Hüseynov sakin Həm əziyyətli olduğundan həmdə qidalı olduğuna görə istifadə olunur. Yaxşı qiymətə satılır.
Dadlı və ləziz qulançar müalicəvi xüsusiyyətə malik olmaqla tərkibində bir sıra vitaminlərin olması ilə fərqlənir. Bu bitki erkən yazda daha tez məhsul verməklə əhalinin faraş məhsulla təmin olunmasında böyük rol oynayır. Rayon sakini Adil Hüseynov da hər il yaz aylarında bu dəyərli bitkini yığır. Ailəsinin ehtiyacını ödəyir, artıq olanı da satır.
Adil Hüseynov sakin Aprel-may aylarında qulançar istifadə edirik.Əziyyətlə yığılan bitkidi. Çünki tikanı kolların dibində olur. Çətinliklə yığıllan bitkidir.
Hazırda qərb bölgəsinin bazarlarında bu məhsula az da olsa rast gəlmək mümkündür.
Natiq Hüseyn
- Baxış: 455