• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 14.05.2020 18:13

İki aydan sonra iş başında olanlar

KepezTV Player

Haylı-küylü dəhlizlər, sinif otaqlarında parta arxasında əyləşərək müəllimlərini dinləyən şagirdlər. Karantin rejimi ilə bağlı olaraq bir neçə aydır ki, bütün məktəblərdə sükutdur. Ancaq mayın əvvəlindən yalnız xüsusi karantin rejimi ləğv olunan bölgələrdəki məktəblərin 30 faizədək işçiləri növbəli əsaslarla məktəbə dəvət olunur.

Məlum olduğu kimi Respublikamızın 5 şəhəri istisna olmaqla digər şəhər və rayonlarda karantin rejimi ləğv olunub. Karantin rejimi ləğv olunan rayonlardan biri də Göygöl rayonudur. Göygöl rayonunda 50 ortaümumtəhsil məktəbləri var ki, bu orta ümumtəhsil məktəblərindən 48-i tam orta məktəbdir. Təhsil Nazirinin əmrinə uyğun olaraq may ayının əvvəlindən bu orta ümumtəhsil məktəblərinin texniki işçiləri eləcədə digər işçilər təyin olunan qrafikə uyğun olaraq iş başındadırlar.

İş başında olan texniki işçilərdən biri də Göygöl rayon Texniki Təbiət fənləri təmayüllü liseyin texniki işçisi Nuriyyə İsmayılovadır. Mayın 4-dən işə çıxan xanım əməkdaş liseydə olduğu müddətdə sinif otaqlarında partaları spirtlə təmizləyir, labaratoriya avadanlıqlarını silir, qovluqları, dərs vasitələri və şkaf rəflərini səliqəyə salır.

Nuriyyə İsmayılova texniki işçi: Karantinlə bağlı iki ay evdə olduq. Məktəbdən, kollektivdən ötürü çox darıxırdıq. Çox yaxşı müəllimələrimiz var. Fərq qoymurlar texniki işçi və yaxudda müəllimə seçkinlik yoxdu biz çox böyük hörmət qoyurlar. Ona görədə məktəbimizi, müəllimələrimiz çox sevirik. İş başlıyandan da gəlirik, çox sevinirik və istəyirik ki,  şagirdləri də məktəblərimizdə görək.

Eləcə də dəhlizlər təmizlənir, texniki vəsaitlərin işlək vəziyyətdə olub olmaması yoxlanılır. Kitabxanadakı dərsliklər və bədii ədəbiyyatın tozu alınır.  2 minə yaxın kitab fondu olan liseydə nəşrlərlər qulluq edilir.

Aygül Hüseynova kitabxanaçı:10 ilə yaxındır ki, bu məktəbdə kitabxanaçı işləyirəm. İki ay idi ki, məktəbimizin bağlanması bizim üçün çox darıxdırıcı oldu. May ayının əvvəlindən işimiz açılıb. Gəlirik işə, işimizi görürük. İnşallah bu virus tezliklə aradan qalxar, yenə işmizin başına qayıdarıq.

Bundan başqa bəzi müəllimlər və sinif rəhbərləri də növbəlik əsasında təhsil ocaqlarına dəvət olunur.

Şəfiqə Hacıyeva müəllim: Jurnallarımıza nəzarət edirik. Hazırda sınaqlar hazırlayırıq. Şagirdlərimiz tam ənənəvi dərs olmasa belə ancaq bütün proqramlarımızı əhatə etməyə çalışırıq

4 texniki işçisi, 1 laborantı və 1 kitabxanaçısı olan liseydə 29 müəllim çalışır.

Zəhra Zeynalova Texniki Təbiət fənləri təmayüllü liseyin direktoru: Ayın 4-dən sonra bizim işə çıxmağımız təbii ki, müəyyən sənədləşmə işlərində bizim daim köməyimizdir. Xatırladım ki, may ayında bizim litseyə qəbul imtahanı başlayır. Burada toplaşmağımızın əsas məqsədi litseyin növbəti tədris ili üçün şagird qəbulunun müəyyən elanları, imtahan sualları kimi vastələrin hazırlanmasından biz səmərəli istifadə edirik. Qəbul bu il ilk dəfə onlayn şəkildə olacaqdı. Şərait imkan versə şagirdlərimizin canlı imtahanını avqust ayına planlaşdırmışıq.

11 minə yaxın şagirdin təhsil aldığı Göygöldə ucqar kənd məktəblərindən başqa bütün təhsil ocaqlarının şagirdlərinə vurtal məktəb portalı vastəsi ilə dərslər keçilir.