• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 22.01.2020 18:30

Qəbul imtahanlarının tarixləri müəyyənləşdi

KepezTV Player

Bu il keçirilməsi nəzərdə tutulan rezidentura, buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri açıqlanıb. DİM-in məlumatına görə, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də; Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək. XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da təşkil olunacaq.