Yeni Azərbaycan Partiayasının Şəmkir rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin tərkib hissəsi olduğuna diqqət çəkilən tədbirdə gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanların cəmiyyət üçün faydalı olduğu vurğulanıb. 4535 nəfər gənci özündə birləşdirən rayon təşkilatı gənclər birliyinin üzvləri də Şəmkirin ictimai həyatında fəallıqları ilə seçilir. Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Partiyanın Şəmkir rayon təşkilatı Gənclər Birlyinin 21 nəfərdən ibarət şurası, 9 nəfərdən ibarət idarə heyəti müəyyənləşib. Emin İsmayılov Birliyin sədri seçilib. Həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına 4 nəfər nümayəndə müəyyənləşib.
Emin İsmayılov - YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri: Şəmkir gəncləri rayonun içtimai siyasi həyatında yaxından iştirak edərək ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin bütün istiqamətləri üzrə yaxından iştirak edir. Bundan sonrada Şəmkir gəncliyi dövlətin dövlətçiliyin maraqlarına xidmət edəcək və qarşımızda qoyulan bütün tapşırıq və göstərişləri layiqincə yerinə yetirəcəkdir.
Natiq Hüseyn
- Baxış: 471