Xaricdə magistratura təhsili haqlarının qarşılanması əmək bazarının ehtiyacları, ixtisas və təhsil proqramları üzrə təlabat nəzərə alınmaqla həyata keçiriləcək. Yəni əmək bazarının tələblərinə uyğun olan ixtisaslar müəyyən olunacaq və nüfuzlu beynəlxalq universitetlərin siyahısı tərtib ediləcək.
Vüsalə Niftəliyeva - Gənclər Fondunun şöbə müdiri: Prioritet ixtisaslar üzrə, hansı top universitetlərdə dünyanın nüfuzlu universitetlərindən gedir söhbət və həminki universitetlər yerləşdiyi ölkələrin siyahısı dərc olunaraq, gənclərə artıq istiqamət vermiş olacağıq ki, hansı təhsil ocağına daxil olan gənclərin xərcləri gənclər fondu tərəfindən maliyyələşdirilə bilər.
Xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin aprelin sonundan elan olunması nəzərdə tutulur. Prioritet ixstisaslar və nüfuzlu universitetlərin siyahısı fondun rəsmi saytında yerləşdirilməklə sosial şəbəkələrdə paylaşılacaq. Bütün hallarda xaricdə magistratura təhsilinin maliyyələşdirilməsi ilə bağlı mexanizmlər hələ müzakirə mərhələsindədir. Yaxın vaxtlarda prosesin hansı formada icra olunacağı dəqiq müəyyən ediləcək.
Bundan başqa, xaricdə təhsil alan gənclər ölkəyə qayıtdıqdan sonra karyera kurslarına trener qismində cəlb olunacaqlar. Yəni layihəyə əsasən, həmin gənclər öz ixtisasları üzrə əldə etdikləri müasir bilik və bacarıqları digərlərinə ötürəcəklər.
Kamran Əsədov - təhsil eksperti: Kariyera mərkəzləri yaradacaqlar. Xaricdə təhsil almış, nüfuzlu universiteti bitirmiş, yüksək göstəriciləri olan şəxslər, əldə etdikləri bilikləri müəyyən vaxt ərzində azərbaycanlı gənclərlə bölüşəcəklər. Bu kifayət qədər yüksək səviyyəli bir təcrübədi. Məhz Cənubi Kareya, Sinqapur təcrübəsi dediyimiz budur. Yəni kimlərsə, dünyanın nüfuzlu universitetlərində təhsil alırsa, onlar əldə etdikləri təcrübəni, bilik və bacarıqları gəlib yerli kadrlara öyrədirdilər.
Xaricdə təhsil alan gənclərin karyera kurslarına cəlb olunması ilkin mərhələdə könüllü şəkildə aparılacaq. 2013-cü ildə xaricdə təhsillə bağlı müqaviləyə edilən dəyişikliyi nəzərə alsaq, xaricdə təhsil alan gənclər ilk 5 il müddətində mütləq dövlət müəssisələrində çalışmalıdır. Bu o deməkdir ki, müəyyən bir müddət sonra gənclərin bilik və bacarıqlarını aşılaması məcburi xarakter daşıyacaq. Onu da deyək ki, karyera kursları müəyyən sahələr üzrə təşkil ediləcək. Buna nano texnologiyalar, informasiya texnologiyaları, səhiyyə, iqtisadiyyat sahələri daxildir.
- Baxış: 525