• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 01.02.2019 10:03

Kia 8 yerlik krossover iri krossoverini ictimaiyyətə göstərdi

Kia şirkəti Detroytda özünün ən böyük yolsuzluq maşınını təqdim edib. 5 metrlik Telluride adlı maşın hətta Mohave modelindən də iri alınıb. Avtomobilin salonunda 8 nəfər rahat əyləşə bilər. Telluride bu yaxınlarda göstərilən Hyundai Palisade krossoverinin platformasında düzəlib. Kia modeli isə bir qədər uzun və enlidir. Hər iki maşının hündürlüyü və təkər bazasının ölçüsü eynidir: 1,75 və 2,9 metr. Bütün yollarda şütümək qabiliyyətində olan yeni Koreya maşını 3,8 litrlik 295 at güclü atmosfer mühərriklə təchiz olunub. motor 8 pilləli avtomatik sürət qutusuna birləşir. Model yalnız ön ötürücü sistemlə əlçatandır. Amma əlavə ödəniş hesabına elektrohidravlik muftalı tam ötürücülü transmissiya sifariş etmək olar. Markanın ön nəhəng məhsulunu Smart, Eco, Sport, Comfort, Snow və AWD Lock rejimlərindən biri ilə idarə olunur. Kia Telluride-ın avadanlıqları siyahısına proyeksiyalı displey, 6 USB portu, Bluetooth-a eyni anda iki smartfonun qoşulması, 10,25 düymlük ekranı olan multimedia kompleksi, Harman Kardon audiosistem, naqilsiz enerji yığma, ölü zonalara nəzarət, həmçinin mümkün ön toqquşmadan xəbər verən sistem var. Qiymət açıqlanmasa da avtomobilin ilk olaraq ABŞ-da satılacağı bildirilir.