• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 08.10.2018 13:35

Rusiya vətəndaşları qəzaya düşdülər

KepezTV Player

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının 186-cı kilometrliyində qeydə alınıb. Bakı sakini 50 yaşlı Rövşən Heydərov idarə etdiyi “ŞKODA” markalı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb və idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər şəxslər, Rusiya vətəndaşları - 38 yaşlı Nataliya Fedina və 43 yaşlı Olqa Yaşina müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.